“Gəncə Polis İdarəsinin rəis müavini öldürüldü”-DİN, DTX və Prokurorluq rəsmi məlumat yaydı

İyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. APA-nın xəbərinə görə, bu barədə Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir.

Məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

“Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar” – deyə məlumatda qeyd olunur.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Rəsmi məlumat Apa.az

© Kanal13 TV istehsal etdiyi bütün video və audio məhsulları azad yayım hüquqi altında yayır (free copyright and reuse allowed) və hər bir digər yayımçı Kanal13 tərəfindən istehsal edilmiş məhsulu məzmunu dəyişdirmədən, loqonu silmədən, Kanal13-ə istinad etməklə təkrar yaya bilər. Bu halda şirkətimizdən xüsusi icazə alınmasına ehtiyac yoxdur. Lakin arzuediləndir ki, Kanal13-ə məxsus hər hansı video material youtube.com/kanal13az hesabına link verilməklə yayımlansın. Materialların qeyd edilən tələblər daxilində başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması sərbəstdir.

Xüsusi qeyd: Şəhr bölməsində yazılan təhqir və söyüşlər silincək. Kanal13 olaraq hörmətli izləyicilərimizdən xahiş edirik ki, tənqid yazmağı təhqir yazmaqla qarışdırmasınlar və heç kimi aşağılayıcı ifadələrlə təhqir etməsinlər.

▌▌►Website: kanal13.tv/
Facebook Official Page: www.facebook.com/tvkanal13
Twitter: twitter.com/#!/Kanal13_Baku
plus.google.com/+Kanal13AZ/posts
ok.ru/kanal13
vk.com/kanal13tv
www.instagram.com/kanal13tv

Click & Subscribe to the main youtube Channel:
www.youtube.com/channel/UC_TneqvSfh-KsIyZMlJjVsQ?sub_confirmation=1
Online Radio BakuFm: baku.fm/
Facebook Official Page: www.facebook.com/RadioBakuFM

© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan